"Sabah" amerikalı basketbolçu Evan Bruinsmanı heyətinə qatıb
19
avq
2026
10:00
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Sabah" basketbol klubu amerikalı forvard Evan Bruinsmanı heyətinə qatıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, 202 sm boya malik hücumçu ilə müqavilənin müddəti 1 ildir.
O, karyerası ərzində Lüksemburq, Çexiya, Bolqarıstan, Niderland, Macarıstan, Almaniya, İsrail və Türkiyə çempionatlarında çıxış edib.
Qeyd edək ki, E.Bruinsma Niderlandın "Donar" və Macarıstanın "Falko Sombathey" komandaları ilə ölkə çempionu, həmçinin kubokun qalibi olub.
O, karyerası ərzində FIBA Avropa Kuboku və Çempionlar Liqası turnirlərində də mübarizə aparıb.
Oxşar xəbərlər
Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatında növbəti matçını keçirəcək
Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında növbəti matçını keçirəcək. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Famil Xəlilo...