Rüstəm Orucovdan növbəti medal - FOTO

Rüstəm Orucovdan növbəti medal - FOTO
Foto
İdman 205

Azərbaycan cüdoçusu Rüstəm Orucovun çıxış etdiyi Serbiyanın "Srvena Zvezda" komandası Fransanın paytaxtı Parisdə keçirilən Klublararası Avropa Çempionatında uğurlu nəticəyə imza atıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə 73 kq-da mübarizə aparan 30 yaşlı idmançı məlumat verib. O, turnirdə ikinci yeri tutub.

Orucov qazanılan uğura görə komanda yoldaşlarına təşəkkürünü bildirib: "Belə gözəl insanlarla tanış olduğum üçün çox şadam. Gələn il qızıl medallarımızı alacağıq!"

Qeyd edək ki, Rüstəm Orucov Rio-2016 Yay Olimpiya Oyunlarının və dünya çempionatının gümüş mükafatçısı, həmçinin Avropa çempionudur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər