Runidən etiraf: "Yeniyetmə vaxtı içki içməsəydim..."

Runidən etiraf: Yeniyetmə vaxtı içki içməsəydim...
İdman 3

İngiltərə yığmasının sabiq hücumçusu Ueyn Runi çox içki içdiyi problemli yeniyetməlik illərindən danışıb.

BAKU.WS-in xəbərinə görə, bu barədə "Daily Mail"in məlumatında deyilir.

Runi həyat şəraitinin çətin olduğu Liverpuldakı uşaqlığını xatırlayb.

Onun sözlərinə görə, böyüdüyü Liverpul yaşamaq üçün çətin bir yer olsa da, ona çox şey öyrədib.

"Biz yeniyetmələr tərk edilmiş evlərə gedir, pəncərələri sındırıb içirdik".

O, etiraf edir ki, yeniyetmə vaxtı spirtli içki qəbul etməsi onun oyununa təsir edib.

"Problemlərim var idi və çox içirdim, bu, mənim performansıma təsir etdi".

Runi spirtli içki içməsəydi, karyerasının necə ola biləcəyi haqda da danışıb:

"Bunları etməsəydim, daha yüksək səviyyədə oynaya bilərdim, daha çox şey əldə edə bilərdim, daha uzun müddət oynaya bilərdim".

Xatırladaq ki, Runi 2004-2017-ci illərdə "Mançester Yunayted"də oynayıb. O, 2003-2018-ci illərdə də İngiltərə millisinin formasını geyinib.Ueyn Runi 2021-ci ildə oyunu tərk edəcəyini açıqlayıb. O, karyerası ərzində 16 klub kuboku qazanıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər