Rövnəq Abdullayev: "Mərc oyunlarına haram qatdılar, futbol getdi dibə" (VİDEO)

Rövnəq Abdullayev: Mərc oyunlarına haram qatdılar,  futbol getdi dibə (VİDEO)
Video
İdman 3062
"UEFA bütün oyunlara nəzarət edir və şübhəli oyunları yoxlayır. Futbolla məşğul olan şəxslər heç bir halda mərc oyunlarında iştirak etməməlidir". BAKU.WS-in məlumatına görə, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev bu gün keçirilən mətbuat konfransında söyləyib. O bildirib ki, futbolla məşğul olanların mərc oyunlarında iştirakı qanunla da qadağan edilib. R.Abdullayev "Keşlə"nin 2 futbolçunun və "Neftçi" klubunun 3-cü məşqçisinin danışılmış oyunlara görə tutulduğunu xatırladıb. "Məsələyə prokrorluq baxır və həmin şəxslər cinayət məsuliyyətinə cəlb olunacaq. Bəziləri deyir ki, çox qəti qərarlar qəbul edildi. Bilin ki, bu belə də olacaq. Şərqi Avropa ölkələrində futbol batır. Çünki, mərc oyunlarında haram qatdılar. Hər şey inkişaf etdi, amma futbol getdi dibə. Ancaq Almaniya və İtaliya kimi ölkələrdə futboldakı nöqsanların kökünü kəsdilər", deyə AFFA prezindeti əlavə edib. ŞahinBAKU.WS

Son xəbərlər