Ronaldo yayda "Real Madrid"ə qayıda bilər
Səudiyyə Ərəbistanının "Əl-Nassr" klubunda çıxış edən Kriştiano Ronaldo "Real Madrid"ə qayıda bilər.
BAKU.WS xəbər verir ki, bu barədə "Sky Sports" nəşri məlumat yayıb.
Bildirilib ki, 40 yaşlı portuqaliyalı "Əl-Nasr"la bu mövsümün sonunda başa çatacaq müqaviləsini yeniləməmək imkanını nəzərdən keçirir. Ronaldo Səudiyyə klubunun vəsiqə qazana bilmədiyi 2025-ci ildə keçiriləcək yeni Klublararası Dünya Çempionatında iştirak etmək istəyir.
FİFA iyunun 1-dən 10-a kimi klublararası dünya çempionatı zamanı xüsusi transfer pəncərələri açacaq və Ronaldo bir komanda ilə bir turnirlik müqavilə imzalamaq imkanı əldə edəcək. Daha əvvəl hücumçu ilə "İnter Mayami" və "Əl-Hilal"ın da maraqlandığı barədə məlumat yayılmışdı.
Qeyd edək ki, Ronaldo bu mövsüm klubu və millisi ilə 40 matçda 34 qol vurub və 5 məhsuldar ötürmə edib.
Oxşar xəbərlər
Çempionlar Liqası: "Sabah" səfərdə "Orhus"a məğlub olub
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda "Sabah" səfərdə "Orhus"la (Danimarka) qarşılaşıb. BAKU.WS xəbər verir ki, Ranners stadionunda k...