Ronaldo Səudiyyə Ərəbistanında ayın oyunçusu seçildi

"Əl-Nəsr"ın 39 yaşlı hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatında mart ayının ən yaxşı oyunçusu seçilib.
BAKU.WS xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Pro Liqasının mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Liqanın 24-cü turunun "Əl-Əhli" ilə oyununda (0:1) Ronaldo 11 metrlik zərbəni dəqiq yerinə yetirərək qələbə qolunu vurub. 25-ci turun "Əl-Tai" ilə matçında (5:1) ulduz futbolçu het-trik edib.
Xatırladaq ki, Ronaldo bu mövsüm bütün turnirlərdə 34 matçda iştirak edib, 33 qol vurub, 11 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
"Transfermarkt" portalı futbolçunu 15 milyon avro qiymətləndirir.
Oxşar xəbərlər
Türkiyədə çıxış edən ən dəyərli 5 futbolçu - FOTO
Milyonlarla futbolsevərin yaxından izlədiyi Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) Türkiyə Super Liqasında 25 yaşdan kiçik futbolçuların təxmini transfer...
