Ronaldo gənc bir qızı zorlamaqda ittiham edildi
Məşhur futbolçu Kriştianu Ronaldunun 2009-cu ildə ABŞ-da bir qadını zorladığı iddia edilir.
BAKU.WS "Ölkə.Az"-a istinadən xəbər verir ki, Ronaldu zorladığı qadına 375 min dollar pul verib. Bu barədə Almaniyanın "Bild" qəzeti məlumat yayıb.
Bildirilir ki, Ronaldu tərəfindən təcavüzə məruz qaldığı iddia edilən qadının 20 yaşı var və Las Veqasda yaşayır. Almaniyanın "Der Spiegel" qəzetinin məlumatına görə isə Ronaldu bu qadınla məhkəmədən kənarda razılaşıb və susması üçün pul ödəyib.
Hadisə 2009-cu ilin 13 iyun tarixində Las Veqasın lüks otellərindən birində baş verib. Futbolçunun vəkili açıqlama verərək bu xəbərin doğru olmadığını bildirib.
BAKU.WS
Oxşar xəbərlər
İldə ən çox qazanan futbolçu və məşqçinin adı məlum olub - FOTO
Dünyanın ən çox qazanc əldə edən futbolçularının siyahısı açıqlanıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, "France Football" jurnalının tərtib elədiyi siyah...