Ronaldo bu azarkeşini axtarır
Yeniliklərdən dərhal xəbərdar olun
Səudiyyə Ərəbistanının "Əl Nassr" klubunda çıxış edən ulduz futbolçu azarkeşini axtarır.
BAKU.WS xəbər verir ki, o, bu barədə şəxsi X hesabında paylaşım edib.
Ronaldo onu göz yaşları ilə izləyib lentə alan "Əl Nassr" azarkeşini axtardığını və alacağı hər bir məlumat üçün izləyicilərinə təşəkkür etdiyini bildirib:
"Onu axtarıram. Verəcəyiniz hər bir məlumat üçün minnətdar olaram", - deyə o əlavə edib.
Dünyanın ən yaxşı futbolçularından biri sayılan Kriştiano Ronaldonun bu davranışı çox bəyənilib. 39 yaşlı futbolçunun izləyiciləri və fanatları axtarılan azarkeşi tapmaq üçün səfərbər olub. Ronaldonun paylaşımı dəfələrlə paylaşılıb.
Looking for him! Any info would be appreciated. pic.twitter.com/yei3OBVz9Y
— Cristiano Ronaldo (@Cristiano) October 25, 2024
Oxşar xəbərlər
Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatında növbəti matçını keçirib
Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında növbəti matçını keçirib. BAKU.WS report-a istinadən xəbər verir ki, Famil Xəlilovu...