Rəşad Sadıqov 40-ı haqladı
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Azərbaycan futbolunun ən parlaq simalarından sayılan Rəşad Sadıqovun doğum günüdür.
Rəşad Sadıqov 1982-ci ildə, Bakı şəhərində dünyaya göz açıb. Peşəkar kayrerasına 2000-ci ildə, Tovuzun "Turan" komandasında başlayan Sadıqov, 19 yaşında əsas millidə debüt edib.
Karyerasının böyük hissəsi "Qarabağ"la bağlı olan futbolçu, ölkəmizdə "Turan", "Neftçi", Türkiyədə "Kayserispor", "Kocaelispor" və "Əskişəhərspor", İranda isə "Fulad"da forma geyinib.
O, "Qarabağ"la 5 dəfə Avropa Liqasının, 1 dəfə isə Çempionlar Liqasının qrupuna vəsiqə qazanıb.
8 dəfə Azərbaycan çempionu (2 dəfə "Neftçi", 6 dəfə "Qarabağ"la), 4 dəfə Azərbaycan Kubokunun qalibi olan mərkəz müdafiəçisi, (1 dəfə "Neftçi"ylə, 3 dəfə "Qarabağ"la), 1992-ci ildən bəri keçirilən milli çempionatımızda, oyun sayına görə "Top-10"da yer alır.
2001-2017-ci illərdə millimizin şərəfini qoruyan Sadıqov yığmada ən çox oyun keçirən (111) futbolçudur.
Rəşad Sadıqov artıq məşqçilik karyerasına start verib. Onun çalışdırdığı "Zirə" klubu bu mövsüm Konsfrans Liqasında İsrailin "Makkabi" (Təl-Əviv) klubu ilə qarşı-qarşıya gələcək.
Oxşar xəbərlər
Bir vaxtlar Azərbaycanda məşhur idilər, indi işsiz qalıblar - SİYAHI
Millidəki oyunları ilə bir vaxtlar məşhur olmuş, hazırda isə klubsuz qalmış futbolçularımız var. BAKU.WS Oxu.Az-a istinadən Azərbaycan səviyyəsində məşhur olub,...