Redon Cica "Qarabağ"dan ayrılacağını təsdiqlədi
Yeniliklərdən dərhal xəbərdar olun
"Qarabağ"ın futbolçusu Redon Cica qış fasiləsində komandanı tərk edəcəyi ilə bağlı yayılan xəbərləri təsdiqləyib.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, albaniyalı hücumçu bu barədə ölkəsinin mətbuatına açıqlamasında deyib.
26 yaşlı forvard Ağdam təmsilçisində az oyun şansı qazandığını bildirib: "Futbolda heç nəyi əvvəldən bilmək olmur. Bir neçə variantım var, qışda komandanı tərk etsəm, onların arasından ən yaxşısını seçəcəyəm. Hətta Albaniya Superliqasına qayıdışım da mümkündür. Amma bunun üçün bəzi suallara aydınlıq gəlməlidir".
Qeyd edək ki, Redon Cica "Qarabağ"a 2023-cü ilin yanvar ayında Albaniyanın "Tirana" klubundan keçib. Onun Ağdam təmsilçisi ilə 2026-cı il iyunun 30-na qədər müqaviləsi var.
Oxşar xəbərlər
AFFA "Səbail"in prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb
AFFA İntizam Komitəsi "Səbail" klubunun prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb, klubu isə 3000 manat cərimələyib. BAKU.WS xəbər verir ki, buna I Liq...