"Real"ın 76 illik seriyasını qırdı
Yeniliklərdən dərhal xəbərdar olun
İspaniya La Liqasının 31-ci turunda "Real Madrid" səfərdə "Jirona" ilə qarşılaşıb.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, "kral klubu" 2:4 hesabı ilə məğlub olub.
Meydan sahiblərinin heyətində argentinalı hücumçu Valentin Kastelyanos 4 dəfə fərqlənib. Madrid "Real"ı İspaniya çempionatında 76 ildən sonra ilk dəfə bir futbolçudan 4 qol buraxıb.
Sonuncu dəfə 1947-ci ildə Esteban Eçevarriya madridliləri dörd dəfə məyus edərək, penta-trikə imza atıb. Həmçinin "Real"ın baş məşqçisi Karlo Ançelottinin 28 illik karyerasında ilk dəfə rəqibin bir oyunçusu onun komandasına 4 top vurub.
Oxşar xəbərlər
AVRO-2024: İsveç Azərbaycan millisini darmadağın etdi - YENİLƏNİB
Azərbaycan millisi İsveçlə qarşılaşmada 5:0 hesabı ilə məğlub olub. Stokholm şəhərindəki “Friends Arena”da oynanılan qarşılaşma meydan sahiblərinin 5:0 hesablı...