"Real"da debüt edən Arda ilə Sebalyos arasında gərginlik gündəm oldu - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
İspaniya Kubokunda "Real Madrid"də debüt edən Arda Gülerin Dani Sebalyosla mübahisə etdiyi görüntülər sosial mediada gündəm olub.
BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, Arda qazanılan cərimə zərbəsini yerinə yetirmək üçün topu götürüb, lakin Sebalyos zərbəni özü yerinə yetirmək istəyib.
26 yaşlı yarımmüdafiəçi topu almaq üçün Türkiyə millisinin futbolçusuna müdaxilə edib.
18 yaşlı futbolçu topu əlində saxlayaraq, komanda yoldaşından çəkinməyib.
Meydanda qısa mübahisə baş verib, lakin kənardan gələn xəbərdarlıqdan sonra zərbəni Gülər yerinə yetirib.
"Real Madrid"də ilk matçına çıxan və 59 dəqiqə meydanda qalan Arda Gülerin ilk hissədə cərimə meydançası daxilindən vurduğu top dirəkdən qayıdıb.
Qeyd edək ki, "kral klubu" İspaniya Kubokunun 1/16 final mərhələsi çərçivəsində səfərdə dördüncü divizion təmsilçisi "Arandino" ilə qarşılaşıb.
Matçda hesabı Madrid təmsilçisi açıb.
Qalereya
Oxşar xəbərlər
6 ay yarımdan sonra "Real"da debüt edən Arda Gülər necə performans göstərib? - FOTO/VİDEO
Ötən gecə baş tutan İspaniya Kral Kubokunda "Real Madrid" "Estadio El Montecillo"da "Arandinanı" qəbul edib. Mövsümün əvvəlində “Fənərbağça”dan İspaniya nəhəngi...