"Real"ın qapıçısı Andrey Lunin "Yuventus"a təklif olunub
15
avq
2026
15:23
İspaniyanın "Real" klubunun qapıçısı Andrey Lunin karyerasını İtaliyada davam etdirə bilər.
BAKU.WS report-a istinadən xəbər verir ki, 27 yaşlı futbolçu "Yuventus"a təklif olunub.
Turin təmsilçisinin nümayəndələri hazırda ukraynalı qolkiperin transfer imkanlarını qiymətləndirirlər.
Xatırladaq ki, Andrey Lunin ötən mövsüm Madrid komandasında 12 oyun keçirib və 21 qol buraxıb. Onun "kral klubu" ilə müqaviləsinin müddəti 2030-cu ilin yayınadək qüvvədədir.V
Oxşar xəbərlər
Arsen Venger Bakıya gəlib
FIFA-nın Qlobal Futbol İnkişafı üzrə rəhbəri, "Arsenal"ın əfsanəvi sabiq baş məşqçisi Arsen Venger Bakıya gəlib. BAKU.WS İdman.biz-ə istinadən xəbər verir ki, f...