“Rakuv”un futbolçusu: “Qarabağ” “Kopenhagen”dən güclüdür”

“Rakuv”un futbolçusu: “Qarabağ” “Kopenhagen”dən güclüdür”
İdman 4

“Kopenhagen”ə böyük hörmətlə yanaşıram. Amma məncə, “Qarabağ” onlardan güclü komandadır”.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Polşanın “Rakuv” klubunun futbolçusu Fran Tudor UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində üstələdikləri “Qarabağ”la pley-offun ilk oyununda 0:1 hesabı ilə məğlub olduqları Danimarka “Kopenhagen”ini müqayisə edərkən deyib.

28 yaşlı xorvatiyalı müdafiəçi cavab matçında vəziyyəti xeyirlərinə dəyişəcəklərinə inandığını bildirib: “Kopenhagen”i gözümüzdə həddən artıq çox şişirtmişdik. Buna görə də, istədiyimiz performansı göstərə bilmədik. Ancaq yenə də onlara qalib gəlmək gücündə olduğumuzu hiss etdik. Səfər görüşünə qələbə qazanmaq üçün yollanacağıq”.

Qeyd edək ki, “Rakuv” və “Kopenhagen” arasında cavab qarşılaşması avqustun 30-da Danimarkada baş tutacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər