Qvardiola Filipsdən üzr istədi
Yeniliklərdən dərhal xəbərdar olun
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola hazırda icarə əsasında "Vest Hem"də çıxış edən "Siti"nin yarımmüdafiəçisi Kalvin Fillipsdən futbolçunu artıq çəkili olduğu üçün tənqid etdiyinə görə üzr istəyib.
BAKU.WS-in xəbərinə görə, bu barədə "Daily Mail" məlumat yayıb.
"Bəli, üzr istəyirəm. Ondan üzr istəyirəm. Mən həqiqətən üzr istəyirəm", - mütəxəssis bildirib.
Xatırladaq ki, Filips daha əvvəl mətbuata açıqlamasında bu hadisənin futbolçunun DÇ-2022-dən qayıtdıqdan sonra baş verdiyini bildirmişdi.
Qvardiola britaniyalı futbolçunun DÇ-2022-dən sonra artıq çəki ilə komandaya qayıtdığını bildirib:
"O, xəsarət almayıb. Lakin Kelvin artıq çəki ilə kluba qayıdıb. Hazırki durumunu qeyri-sağlam dəyərləndirirəm".
Fillipsin sözlərinə görə, Qvardiolanın şərhləri onu hədsiz dərəcədə əsəbiləşdirib.
Qeyd edək ki, bu mövsüm Fillips bütün yarışlarda 14 matçda iştirak edib və bir qol vurub.
Oxşar xəbərlər
Türkiyədə çıxış edən ən dəyərli 5 futbolçu - FOTO
Milyonlarla futbolsevərin yaxından izlədiyi Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) Türkiyə Super Liqasında 25 yaşdan kiçik futbolçuların təxmini transfer...