Qurban Qurbanov ümidləri doğrultmayan fransalı futbolçunun “qələmini qırdı”
Yeniliklərdən dərhal xəbərdar olun
Adama Diakabi “Qarabağ”ı tərk edə bilər.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, fransalı vinger komandanın baş məşqçisi Qurban Qurbanovun gələcək planlarına daxil deyil.
Bu barədə oyunçuya məlumat verilib. Ona bildirilib ki, klubun planlarında yer almır və heyətə düşmək şansı azdır. Diakabi komanda tapa bilsə, azad agent kimi Ağdam təmsilçisini tərk edəcək.
27 yaşlı futbolçu bu ilin əvvəlindən “Qarabağ”ın üzvüdür. Ümidləri doğrultmayan və tez-tez zədələnən Diakabi ötən mövsüm qol vura bilməyib. Bu mövsüm avrokubok oyunlarında əsasən ehtiyatda qalan, çempionat matçlarında şans qazanan irəli xətt oyunçusu Premyer Liqada iki dəfə fərqlənməyi bacarıb.
Oxşar xəbərlər
"Qızıl top"u heç vaxt ala bilməyən futbol ulduzları - Bekhem, Lempard, İnyesta...
"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının bu mövsüm qalibi "Real"ın və Fransa millisinin üzvü Kərim Benzema olub. Ancaq futbol dünyasının...