Qurban Qurbanov "Qarabağ"ın potensial rəqiblərinin oyununu canlı izləmək üçün Belfasta gedib

Qurban Qurbanov Qarabağın potensial rəqiblərinin oyununu canlı izləmək üçün Belfasta gedib
İdman 109

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Ağdam təmsilçisinin UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri - "Linfild" (Şimali İrlandiya) və "Şelburn" (İrlandiya) komandalarının oyununu izləmək üçün Şimali İrlandiyaya yollanıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis bu gün Avstriyada təlim-məşq toplanışını başa vuran və Bakıya yola düşən kollektivdə yer almayıb.

Baş məşqçi ilə birgə video-analitik məşqçi Yanuş Vasilyev də qarşılaşmanı stadiondan canlı olaraq izləyəcək.

Qeyd edək ki, Belfastdakı "Windsor Park" stadionundakı matç Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. Komandalar arasında ilk görüş "Şelburn"un 1:0 hesablı qələbəsi ilə başa çatıb.

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk görüşləri iyulun 22-23-də, cavab qarşılaşmaları 29-30-da baş tutacaq.

Son xəbərlər