Qurban Qurbanov "Qalatasaray"la oyuna daha bir futbolçu dəvət etdi
Yeniliklərdən dərhal xəbərdar olun
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Qalatasaray”la bu gün keçiriləcək xeyriyyə məqsədli yoldaşlıq görüşünə başqa klubdan daha bir oyunçu dəvət edib.
BAKU.WS xəbər verir ki, bu barədə məlumatı Qol.az-a klubun mətbuat xidmətindən veriblər.
Bu, “Zirə”nin hücumçusu Hamidu Keytadır. 28 yaşlı fransalı oyunçunun bugünkü matçda meydana çıxacağı gözlənilir.
Qeyd edək ki, daha əvvəl bu görüşə “Zirə”dən Anar Nəzirov və Donald Gerye, “Şamaxı”dan isə Rauf Hüseynli və Nihad Quliyev də dəvət almışdı. Qurban Qurbanov futbolçularının çoxunun milli komandalarda, bəzilərinin zədəli olması səbəbindən belə qərar verib.
Xatırladaq ki, Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” - “Qalatasaray” görüşü yerli vaxtla saat 20:00-da başlanacaq.
Oxşar xəbərlər
"Qarabağ" "Sileks"i darmadağın edib - YENİLƏNİB
Futbol üzrə UEFA Çempionlar Liqasının birinci seçmə mərhələsi çərçivəsində keçirilən “Qarabağ” - “Sileks” (Şimali Makedoniya) oyunu başa çatıb. BAKU.WS xəbər ve...