Qurban Qurbanov: "Neftçi" ilə matçda vacib qələbə əldə etdik

Qurban Qurbanov: Neftçi ilə matçda vacib qələbə əldə etdik
İdman 8

Vacib qələbə əldə etdik.

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Neftçi"yə 4:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın VII tur matçından sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis çox yaxşı komandaya qarşı oynadıqlarını bildirib: "Rəqibin son nəticələrinə baxdıqda, çox ciddi hazırlaşacaqlarını bilirdik. Bunu meydanda hiss etdik. İlk hissədə üç qol vursaq da, fasiləyə yaxın daha çox hücum edən tərəf idilər. İkinci yarıda riskə getdilər. Xeyli çətinliklər çəkdik. Nəticə çox vacib idi. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. Mədəni formada yaxşı azarkeşlik oldu. "Neftçi"yə və Roman Qriqorçuka uğurlar arzulayıram".

Oxşar xəbərlər

"Qarabağ" "Neftçi"ni məğlub edib

"Qarabağ" "Neftçi"ni məğlub edib

"Qarabağ" Azərbaycan Premyer Liqasında "Neftçi"ni məğlub edib. Mövsümün ilk derbisi VII turda baş tutub. Qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə bitib - 4:0...

64 İdman 21:53 20 sentyabr 2024

Son xəbərlər