Qurban Qurbanov 100-cü matçına çıxacaq

28
avq
2019
15:36
Avropa Liqasının pley-off mərhələsinin sabah keçiriləcək “Linfild”lə cavab oyunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olacaq.BAKU.WS "apa"ya istinadən xəbər verir ki, Azərbaycan çempionunun çalışdırıcısı baş məşqçi kimi avrokuboklarda 100-cü oyununu keçirəcək.47 yaşlı mütəxəssis indiyədək 99 avrokubok matçında iş başında olub. Onun yetirmələri bu matçlarda 39 qələbə qazanıblar. 40-cı – yubiley qələbəsinin astanasında olan Q.Qurbanov 27 heç-heçə və 33 məğlubiyyətə də şahidlik edib. Onun rəhbərlik etdiyi komandalar 106 qol vurub, 104-nü buraxıb.Mütəxəssis avrokuboklara iki komandanın çalışdırıcısı kimi çıxıb. O, “Neftçi”yə 2, “Qarabağ”a 97 matçda rəhbərlik edib. Q.Qurbanovun debütü də paytaxt təmsilçisinin “sükanı arxası”nda olub. 2007-ci ildə UEFA kubokunun Avstriya “Rid”i ilə səfər matçında onun komandası 1:3 hesabı ilə uduzub.Q.Qurbanovun avrokubok qarşılaşmalarından 36-sı Çempionlar Liqası, 63-ü Avropa Liqasına təsadüf edib. Bu 63 matçdan ikisi turnir UEFA kuboku adlandığı vaxta, digərləri yeni format və yeni ada təsadüf edib.Qeyd edək ki, sabah keçiriləcək “Qarabağ” – “Linfild” oyunu saat 20:00-da başlayacaq. Şimali İrlandiyada 2:3 hesabı ilə uduzan Azərbaycan çempionu ardıcıl 6-cı dəfə avrokubokların qrupuna düşmək üçün məğlubiyyətin əvəzini çıxmalıdır.
Oxşar xəbərlər
"Linfild" "Qarabağ"ı məğlub etdi
"Qarabağ" səfərdə rəqibinə 2:3 hesabı ilə uduzub. ***22.08.2019 22:56Bu gün Avropa Liqasında pley-off mərhələsinin oyunları keçirilir.Avrokuboklarda mübarizəni...
