"Qarabağ" Peşəkar Futbol Liqasına müraciət edəcək
13
avq
2019
23:51
"Qarabağ" Azərbaycan Premyer Liqasında ilk turun "Keşlə" ilə səfər oyununu təxirə saldırmaq üçün Peşəkar Futbol Liqasına müraciət edəcək. Bu barədə Ağdam komandasının baş məşqçisi Qurban Qurbanov açıqlama verib. O, görüşün bir gün sonraya keçirilməsini xahiş edəcəklərini diqqətə çatdırıb. Qurbanov bunu avqustun 22-də nəzərdə tutulan Avropa Liqasının ilk pley-off matçına hazırlıq üçün daha çox vaxt qazanmaq istəyi ilə əlaqələndirib.Qeyd edək ki, "Qarabağ"ın istəyi müsbət cavablandırılsa, çempionat avqustun 16-da yox, 17-də başlayacaq.
Oxşar xəbərlər
Qurban Qurbanovun dünya reytinqindəki mövqeyi açıqlanıb
“Qarabağ” futbol komandasının baş məşqçisi Qurban Qurbanovun dünya reytinqindəki mövqeyi dəyişməz qalıb.BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə “Fo...