"Linfild" "Qarabağ"ı məğlub etdi

Linfild Qarabağı məğlub etdi
İdman 550
"Qarabağ" səfərdə rəqibinə 2:3 hesabı ilə uduzub. ***22.08.2019 22:56Bu gün Avropa Liqasında pley-off mərhələsinin oyunları keçirilir.Avrokuboklarda mübarizəni davam etdirən yeganə Azərbaycan klubu “Qarabağ” da növbəti oyununa çıxıb.Qurban Qurbanovun yetirmələri Çempionlar Liqasındakı növbəti uğursuzluğu ikinci dərəcəli klub turnirində unutdurmaq niyyətindədir. Ağdam təmsilçisi bunun üçün Şimali İrlandiyanın ən titullu komandası olan “Linfild”i keçməlidir.İlk görüşü səfərdə oynayan “Qarabağ” Belfastın “Vindzor Park” stadionunda qüvvəsini sınayır. Azərbaycan çempionu qrup mərhələsinə düşmək üçün bir həftə sonra baş tutacaq cavab matçı öncəsi qənaətbəxş nəticə əldə etməlidir.Qeyd edək ki, son 5 ildə dörd dəfə Avropa Liqası, bir dəfə Çempionlar Liqasının qrupuna düşən “Qarabağ” cari mövsümdə Albaniya “Partizani”si (0:0, 2:0), İrlandiya “Dandalk”ı (1:1, 3:0) və Kipr APOEL-i (2:1, 0:2) ilə üz-üzə gəlib. Avropa LiqasıPley-off mərhələsiİlk oyun22 avqust22:45. “Linfild” (Şimali İrlandiya) – “Qarabağ” (Azərbaycan)Baş hakim: Sandro ŞarerLinfild: 1. Roan Ferqyuson, 2. Mark Stafford, 8. Bastyan Eri, 9. Cel Kuper, 14. Şeyn Leyveri, 16. Metyu Klark, 22. Ceymi Malqryu (k), 27. Endryu Mitçel, 31. Nayal Kuinn, 47. Kris Keysment Ehtiyat oyunçular: 40. Aleks Mur, 3. Ross Larkin, 7. Endryu Uoteruort, 10. Cordan Styuart, 12. Kerk Millar, 17. Daniel Kirns, 23. Rayan MakqivernBaş məşqçi: David HiliQarabağ: 13. Vaqner da Silva, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Xayme Romero, 10. Dani Kintana, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 23. Faysal Rerras, 30. Abbas HüseynovEhtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 3. Aylton Silva, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 18. İsmayıl İbrahimli, 21. Hacıağa Hacıyev, 99. Queye Maqaye.Baş məşqçi: Qurban QurbanovBelfast. “Vindzor Park” stadionu

Son xəbərlər