"Linfild"in baş məşqçisi: "Qarabağ"ın aqressiv olacağını düşünmürəm"

Linfildin baş məşqçisi: Qarabağın aqressiv olacağını düşünmürəm
İdman 428
"Bizi çətin oyun gözləyir. "Qarabağ" avrokuboklarda daimi çıxış edən yaxşı kollektivdir. Onların Kiprin APOEL klubuna qarşı son oyunlarına baxdım və ikinci oyunun nəticəsi məni təəccübləndirdi".BAKU.WS-in "Report"a istinadən məlumatına görə, bu fikirləri Şimali İrlandiyanın "Linfild" komandasının baş məşqçisi Devid Hili "Qarabağ"la keçirəcəkləri Avropa Liqasının pley-off mərhələsinin ilk oyunundan öncə mətbuat konfransda deyib.40 yaşlı mütəxəssis Ağdam təmsilçisinin Çempionlar Liqası ilə vidalaşdığı üçün məyus olduğunu diqqətə çatdırıb: "Rəqib indi daha da diqqətli oynayacaq. "Qarabağ"ın növbəti matçda çox aqressiv olacağını düşünmürəm. Biz hər iki görüşdə ən yaxşı oyunumuzu sərgiləməliyik. Müsbət nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. "Qarabağ"ın heyətində yaxşı futbolçular var". Qeyd edək ki, Belfastdakı qarşılaşma avqustun 22-də Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. Cavab görüşü avqustun 29-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Son xəbərlər