“Qızıl top”un təqdim ediləcəyi tarix açıqlandı

24
may
2022
23:11
Növbəti “Qızıl top” mərasimi 2022-ci il oktyabrın 17-də Parisdəki “Teatr dü Şatle” salonunda keçiriləcək.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, cari ildə kişilər və qadınlar üçün nominasiyalar, həmçinin ən yaxşı gənc oyunçu və ən yaxşı qapıçı mükafatlarına namizədlərin siyahıları isə avqustun 12-də açıqlanacaq.
Qeyd edək ki, ötən il əsas mükafatları PSJ-nin hücumçusu Lionel Messi, “Barselona”nın futbolçusu Aleksiya Putellas, “Barselona”nın yarımmüdafiəçisi Pedri və PSJ-nin qapıçısı Canluici Donnarumma alıb.
Oxşar xəbərlər
“Qızıl top”a namizədlərin siyahısı AÇIQLANDI
Fransanın “France Football” nəşrinin təsis etdiyi “Qızıl top” mükafatına namizədlərin siyahısı açıqlanıb. BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, 2021-ci il...
