"Qəbələ" ardıcıl 2-ci dəfə məğlub oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Futbol üzrə Azərbaycan Premyer Liqasında V tura yekun vurulub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, turun son matçında "Zirə" "Qəbələ"ni qəbul edib. "Dalğa Arena"dakı qarşılaşma nominal meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Hesabı 35-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən qonaqların yarımmüdafiəçisi İsnik Alimi açıb. 10 dəqiqə sonra "qartallar"dan Rəhim Sadıxov tarazlığı bərpa edib. Matçda son nöqtəni də Azərbaycan millisinin üzvü qoyub. 74-cü dəqiqədə fərqlənən yarımmüdafiəçi yekun hesabı müəyyənləşdirib.
3 oyunluq qələbə həsrətinə son qoyan "Zirə" xallarını 7-yə çatdıraraq, 6-cı pilləyə yüksəlib. Ardıcıl 2-ci məğlubiyyətini alan "Qəbələ" isə 9 xalla 4-cü sırada qərarlaşıb.
Qeyd edək ki, V turun əvvəlki oyunlarında "Qarabağ" "Kəpəz"ə, "Turan Tovuz" "Şamaxı"ya 1:0, "Neftçi" "Sumqayıt"a 3:0 hesabı ilə qalib gəlib. "Sabah" - "Səbail" görüşü isə qolsuz heç-heçə ilə başa çatıb.
Oxşar xəbərlər
"Qəbələ" səfərdə "Turan Tovuz"a qalib gəldi
Futbol üzrə Azərbaycan Premyer Liqasında ilk tura yekun vurulub. BAKU.WS "Report"a istinadən xəbər verir ki, son oyun günündə bir görüş keçirilib. 9 illik fasil...