Qazzayev Kramarenkonun MOİK-ə transferini yüksək qiymətləndirir
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya MOİK-inin sabiq baş məşqçisi Valeri Qazzayev Azərbaycan millisinin qapıçılar üzrə məşqçisi Dmitri Kramarenkonun Moskva klubunda fəaliyyətə başlaması barədə Matç TV-yə müsahibə verib.
BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, V.Qazzayev D.Kramarenkonu əla qapıçı kimi çox yaxşı tanıdığını bildirib:
"Onun atası Sergey Kramarenko da dahi qapıçı olub. “Neftçi"nin heyətində SSRİ çempionatının bürünc medallarını qazanıb. Həmin vaxt Bakıda mükəmməl komanda var idi”.
Mütəxəssis Kramarenkonun həm Azərbaycan millisi, həm də MOİK-də işləməsinin mümkünlüyü ilə bağlı suala da aydınlıq gətirib:
“Necə qərar verəcəklər, elə də olacaq. Amma fikrimcə, məsələn, Kramarenko bir həftəlik millinin düşərgəsinə yollansa, bu, problem olmayacaq. Həmin vaxt MOİK-in futbolçuları da öz yığmalarında olacaqlar”.
Oxşar xəbərlər
“Ailəmi bura gətirməyəcəm” - Millimizin yeni baş məşqçisi - VİDEO
Azərbaycan milli komandasının yeni baş məşqçisi Canni De Byazinin “Qafqazinfo”ya müsahibəsi: - Öncə milli komandanın baş məşqçisi postuna aldığınız dəvətdən və...