"Qarabağ"ın əsas komandasını Rəşad Sadıqov çalışdıracaq

Qarabağın əsas komandasını Rəşad Sadıqov çalışdıracaq
İdman 2632
Azərbaycan milli komandası Antalyada təlim-məşq toplanışı keçəcək. Bu müddətdə çalışdırıcının əsas köməkçisi Elçin Rəhmanov və fiziki hazırlıq üzrə məşqçi Çudomir Çakarov da yığmanın düşərgəsində olacaq.Belə olan halda hazırda Antalyada təlim-məşq toplanışında olan "Qarabağ"a kim rəhbərlik edəcək?BAKU.WS fanat.az-a istinadən xəbər verir ki, Ağdam klubuna kimin başçılıq edəcəyi müəyyənləşib. "Qarabağ"ı Qurban Qurbanovun olmadığı müddətdə məşqlərə Rəşad Sadıqov çıxaracaq. Qeyd edək ki, "Qarabağ"ın və millinin kapitanı olan Rəşad Sadıqov son mövsümdə Ağdam klubunun U-19 komandasına başçılıq edib. Hazırda isə o, Azərbaycanın U-20 və U-21 yığmalarına başçılıq edir.BAKU.WS

Oxşar xəbərlər

Rəşad Sadıqov qələbə ilə başladı

Rəşad Sadıqov qələbə ilə başladı

21 yaşadək futbolçulardan ibarət millimiz Antalyada ilk yoxlama oyununa çıxıb.BAKU.WS-in Qol.az-a istinadən verdiyi məlumata görə, Rəşad Sadıqovun başçılıq etdi...

1247 İdman 22:38 16 yanvar 2018

Son xəbərlər