"Qarabağ"ın rəqibində baş məşqçi ilə futbolçular arasında PROBLEM
Yeniliklərdən dərhal xəbərdar olun
UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan Fransa "Marsel"ində baş məşqçi Xorxe Sampaoli və futbolçular arasında problem yaranıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, oyunçular argentinalı mütəxəssisin tapşırıqlarını meydanda dəqiq yerinə yetirə bilmirlər.
İddiaya görə, bu, futbolçuların Sampaolini ciddiyə almamaları və məşqlərdə onu diqqətlə dinləməmələrindən qaynaqlanır. Marsel təmsilçisinin ölkə kubokunun 1/4 final mərhələsində səfərdə "Nitsa"ya 1:4 hesabı ilə uduzaraq mübarizəni dayandırmasından sonra komanda daxilində ab-havanın yaxşı olmadığı və gərginliyin artdığı bildirilib.
Qeyd edək ki, "Qarabağ" "Marsel"ə qarşı ilk oyununu fevralın 17-də səfərdə, cavab matçını isə 1 həftə sonra Bakıda keçirəcək.
Oxşar xəbərlər
"Marsel" "Qarabağ"la matçadək azarkeşsiz oynayacaq
"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi olan Fransa "Marsel"i qarşıdakı 2 səfər oyununu azarkeşsiz keçirəcək. BAKU.WS "Report"a istin...