“Qarabağ”ın rekordu qeydə alınıb

“Qarabağ”ın rekordu qeydə alınıb
İdman 98

“Qarabağ”ın imza atdığı Avropa rekordu rəsmiləşib.

BAKU.WS İdman.biz-ə istinadən xəbər verir ki, İFFHS avrokubokların əlavə vaxtında ən çox qol vuran komandaların yeni siyahısını dərc edib.

“Qarabağ” rekordla bərabərləşib” adlanan məlumatda Azərbaycan çempionunun tarixə 5-ci komanda kimi düşdüyü əks olunub. Söhbət bir matçın əlavə vaxtında 4 qol vuran klublardan gedir.

“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsinin “Lüdoqorets”lə səfər görüşündə coşub. Bakıda 1:2 hesabı ilə uduzan Qurban Qurbanovun yetirmələri Bolqarıstanda 3:2 hesablı qələbə qazanıb. Əlavə vaxtda Ağam klubu daha 4 qol vurub.

“Qarabağ”a qədər buna 4 komanda nail olub.

1973/74, UEFA kuboku, 1/16 final“Preşov” - “Ştutqart” – 3:1, əlavə vaxt 0:41977/78, UEFA kuboku, 1/16 final“Lans” – “Latsio” – 2:0, əlavə vaxt 4:02016/17, Avropa Liqası, I təsnifat mərhələsi“Banants” - “Omoniya” – 1:0, əlavə vaxt 0:42018/19, Avropa Liqası, III təsnifat mərhələsi“Zenit” – “Dinamo” Mn – 4:0, əlavə vaxt 4:12024/25, Çempionlar Liqası, IIII təsnifat mərhələsi“Lüdoqorets” - “Qarabağ” – 2:3, əlavə vaxt 0:4

Son xəbərlər