"Qarabağ"dan mövsümdə ilk məğlubiyyət

Qarabağdan mövsümdə ilk məğlubiyyət
İdman 183

Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub.

BAKU.WS xəbər verir ki, turun mərkəzi oyununda lider "Qarabağ" ən yaxın izləyicisi "Sabah"ın qonağı olub.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1.

"Sabah"ın heyətində Coy Lens Mikels 4 dəqiqəyə dubl edib. Bu, "Qarabağ"ın mövsümdə ilk məğlubiyyətidir.

Ağdam klubu sonuncu dəfə 538 gün əvvəl - 2021-ci ilin 25 oktyabrında səfərdə "Səbail"ə 1:3 hesabı ilə məğlub olub.

"Qarabağ" hazırda 77 xalla vahid liderdir. "Sabah" xallarını 68-ə çatdırıb və ikinci pillədə mövqeyini möhkəmləndirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər