Azərbaycan Premyer Liqasında I dövrəyə darmadağınla yekun vurulub
Yeniliklərdən dərhal xəbərdar olun
Futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura yekun vurulub.
BAKU.WS "report"a istinadən xəbər verir ki, turun və I dövrənin son matçında "Sabah" evdə "Kəpəz"lə qarşılaşıb. "Bank Respublika Arena"dakı görüş meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Paytaxt təmsilçisindən qolları 22-ci dəqiqədə Coy Lens Mikels, 39 və 52-ci dəqiqələrdə Aleksey Kaşuk, 42-ci dəqiqədə Anatoli Nuriyev və 82-ci dəqiqədə Namik Ələskərov vurub.
Bu nəticədən sonra xallarını 23-ə çatdıran "Sabah" 2-ci pillədəki mövqeyini qoruyub. 4 xalı olan "Kəpəz" isə 8-ci sırada yer alıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Zirə" evdə "Şamaxı"nı, "Səbail" "Sumqayıt"ı , "Qarabağ" səfərdə "Qəbələ"ni 1:0 hesabı ilə məğlub edib, "Neftçi" isə "Turan Tovuz"la qolsuz heç-heçəyə razılaşıb.
Oxşar xəbərlər
Azərbaycan Premyer Liqası: "Sabah" "Turan Tovuz"a qalib gəlib
Futol üzrə Azərbaycan Premyer Liqasında VII tura start verilib. BAKU.WS "report"a istinadən xəbər verir ki, açılış matçında "Sabah" "Turan Tovuz"u qəbul edib. "...