"Sabah" klubu "Qəbələ"yə qalib gələrək vahid lider oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura yekun vurulub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, turun son matçında "Qəbələ" "Sabah"ı qəbul edib. Qəbələ şəhər stadionunda keçirilən mərkəzi qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Paytaxt təmsilçisindən qolları 48-ci dəqiqədə Davit Volkov və 64-cü dəqiqədə Coy Lens Mikels vurublar.
Bu nəticədən sonra xallarını 12-yə çatdıran "Sabah" vahid lider olub. "Qəbələ" isə 9 xalla 3-cü pillədə qərarlaşıb. 1 oyun az keçirən "Qarabağ"ın da 3 xalı var.
Qeyd edək ki, turun ilk 3 oyununda "Neftçi" evdə "Zirə"ni 2:1, "Səbail" "Kəpəz"i 4:1, "Qarabağ" "Şamaxı"nı 4:0 hesabı ilə yenib. "Sumqayıt" - "Turan Tovuz" matçı isə qolsuz yekunlaşıb - 0:0.
Oxşar xəbərlər
"Sabah" "Sumqayıt"a böyük hesabla qalib gəldi
Futbol üzrə Azərbaycan Premyer Liqasında ilk turun daha bir oyunu keçirilib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, "Sabah" klubu evdə "Sumqayıt"ı sınağa ç...