Azərbaycan Premyer Liqası: “Neftçi” ili qələbə, “Sabah” darmadağınla başa vurub – VİDEO
Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII tura start verilib.
“Report”un məlumatına görə, açılış oyununda “Neftçi” “Şamaxı”nı qəbul edib.
“Bakcell Arena”da keçirilən görüş “ağ-qaralar”ın qələbəsi ilə başa çatıb - 3:0.
Hesabı 41-ci dəqiqədə İsmayıl Zülfüqarlı açıb. 21 yaşlı yarımmüdafiəçi kapitan Emin Mahmudovun ideal ötürməsini dəqiq zərbə ilə tamamlayıb. Digər qol 52-ci dəqiqədə vurulub. Qonaqlardan Fuad Bayramov topu öz qapısından keçirib. Qarşılaşmada son nöqtəni isə paytaxt təmsilçisinin gənc futbolçusu Ağadadaş Salyanski qoyub. O, 89-cu dəqiqədə rəqib qapıçı ilə üzbəüz dueldən qalib ayrılıb.
Bu qələbədən sonra xallarını 38-ə çatdıran “Neftçi” 3-cü pillədəki mövqeyini qoruyub. 13 xalı olan “Şamaxı” isə 7-ci sırada qalıb.
Oxşar xəbərlər
"Qarabağ" UEFA Avropa Liqası ilə vidalaşıb - YENİLƏNİB
"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu oyununu keçirib. Qurban Qurbanovun baş məşqçi olduğu komanda G qrupunun VI turunda Almaniya "Frayburq"...