"Qarabağ" və "Neftçi" meydana talassemiyalı uşaqlarla çıxıb
01
noy
2019
20:17
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Qarabağ" və "Neftçi" komandaları X turun açılış oyununa talassemiya xəstəliyindən müalicə olunan uşaqlarla çıxıblar.BAKU.WS "Report"a istinadən xəbər verir ki, üzərində "Sevindirdiyiniz qədər sevin!" şüarı yazılan plakat tutan futbolçular və hakimlər meydana xüsusi qoruyucu maska ilə gəliblər. Onlar həmçinin "Sevildiyiniz qədər sevin!" yazılmış mayka geyiniblər. "Neftçi"nin kapitanı Emin Mahmudov oyunçular adından dəstək nitqi söyləyəndən sonra matça start verilib.Qeyd edək ki, "Bakcell Arena"da saat 20:00-da başlayan görüşdə hələlik hesab açılmayıb.
Oxşar xəbərlər
"Neftçi" Premyer Liqada növbəti qələbəsini qazandı
Futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun daha bir oyunu keçirilib.BAKU.WS "report"a istinadən xəbər verir ki, "Kapital Bank Arena"da "Sumqayıt" və "Nef...