"Qarabağ" UEFA reytinqində geriləyib
Klubların UEFA reytinqi açıqlanıb.
BAKU.WS İdman.biz-ə istinadən xəbər verir ki, Çempionlar Liqası və Avropa Liqasında III, Konfrans Liqasında II turun oyunları bəzi dəyişikliklərə səbəb olub.
Azərbaycan çempionu "Qarabağ"ın da mövqeyi dəyişib. Evdə "Ayaks"a 0:3 hesabı ilə uduzan Qurban Qurbanovun komandası "Ferentsvaroş"la birlikdə Avropanın 58-ci adına şərikdir.
Hər iki komandanın hesabında 32,000 xal var. "Qarabağ" bir pillə geriləyib.
Təmsilçimizi "Bodo Qlimt" keçib. Avropa Liqasının növbəti turunda "Qarabağ"ı qəbul edəcək Norveç klubu 33,000 xala malikdir.
Qeyd edək ki, "Qarabağ" "Top-100"də yeganə Azərbaycan klubudur.
Oxşar xəbərlər
Fernandu Santuş milli komandadan ayrılır?
Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş dekabrda AFFA İcraiyyə Komitəsinə hesabat verəcək. BAKU.WS sportinfo.az-a istinadən xəbər verir ki, 70 yaşlı...