"Qarabağ" Şehiçi geri qaytarır?

Qarabağ Şehiçi geri qaytarır?
İdman 203

Heyətdəki qapıçıların heç birindən tam razı olmayan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov axtarışa çıxıb. Təcrübəli çalışdırıcı klub rəhbərliyindən yeni qolkiperin alınmasını istəyib.

BAKU.WS Futbolinfo.az-a istinadla xəbər verir ki, əsas qapıçı Mateus Koxalskiyə rəqabət yaradacaq birinə ehtiyac duyulur. Bunu bacarmayan Fabian Buntiçin mövsüm başa çatan kimi yola salınacağı dəqiqdir. Şahruddin Məhəmmədəliyev də zaman-zaman tam etibar ediləsi qapıçı olmadığını göstərib. Bu səbəbdən ağdamlılar daha səviyyəli legioner arayışındadırlar.

Əldə edilən dəqiq məlumata görə, "Qarabağ" sabiq qapıçısı İbrahim Şehiçi geri qaytarmaq istəyir. Artıq 36 yaşlı əlcək sahibinə ilk təklif göndərilib. Səudiyyə Ərəbistanının "Əl Xalej" klubunda çıxış edən bosniya və herseqovinalı "çərçivə" qoruyucusu da bu təklifə isti yanaşır.

Hazırda dəvətin rəsmi müraciətə çevrilməsi üçün vəziyyət araşdırılır. İki il öncə "Konyaspor"dan ərəb klubuna yollanan Şehiçin sərbəst qalması üçün nə qədər maliyyə lazım olduğu, futbolçunun özünün hansı maaşa razılaşacağı müzakirə edilir. Anlaşma əldə olunsa, İbrahim iki illik müqavilə ilə 2013-18-ci illərdə çıxış etdiyi "Qarabağ"a gələcək.

Oxşar xəbərlər

"Qalatasaray"da qalacaq ya gedəcək? - Osimhen özü cavabladı

"Qalatasaray"da qalacaq ya gedəcək? - Osimhen özü cavabladı

"Qalatasaray"ın nigeriyalı ulduzu Viktor Osimhen klubda qalıb-qalmayacağı ilə bağlı sualı cavablandırıb.  BAKU.WS "A spor"a istinadən xəbər verir ki, qərarı möv...

116 İdman 15:20 15 may 2025

Son xəbərlər