"Qarabağ" "Səbail" üzərində qələbə qazanıb
14
sen
2024
21:06
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Futbol üzrə Azərbaycan Premyer Liqasının VI turunda "Qarabağ" qələbə qazanıb.
"Azərsun Arena"da "Səbail"ı qəbul edən Ağdam təmsilçisi 2:1 hesablı qalibiyyətə sevinib.
"Köhlən atlar"ın heyətində 5-ci və 55-ci dəqiqələrdə fərqlənən Leandro Andrade dubl müəllifi olub. Paytaxt təmsilçisinin yeganə qoluna isə 58-ci dəqiqədə Fərid Nəbiyev imza atıb.
Qeyd edək ki, açılış matçında "Araz-Naxçıvan" "doğma divarlar" arasında "Kəpəz"ə 1:0 hesabı ilə qalib gəlib. Turun ikinci görüşündə isə "Şamaxı" "Sumqayıt"a minimal hesabla qalib gəlib.
Oxşar xəbərlər
AFFA "Səbail"in prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb
AFFA İntizam Komitəsi "Səbail" klubunun prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb, klubu isə 3000 manat cərimələyib. BAKU.WS xəbər verir ki, buna I Liq...