"Qarabağ" – "Kopenhagen" oyununun biletləri satışa çıxarıldı
UEFA Çempionlar Liqasının qrup mərhələsinin II turu çərçivəsində keçiriləcək "Qarabağ" – "Kopenhagen" qarşılaşmasının biletləri satışa təqdim olunub.
BAKU.WS xəbər verir ki, standart biletlərin qiyməti 5, 10, 30, 40, 50 və 75 manat təşkil edir. VIP sektorlar üçün 150, 200 və 250 manat, VVIP sektorlar üçün isə 500 manat müəyyən edilib.
Azarkeşlər biletləri yalnız iTicket.az mobil tətbiqi vasitəsilə əldə edə bilərlər. Onlayn alış zamanı problem yaranarsa, iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı "Qarabağ" Fan-Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət etmək mümkündür.
Qeyd edək ki, görüş oktyabrın 1-də saat 20:45-də start götürəcək.
Oxşar xəbərlər
"Çelsi" Xabi Alonso ilə danışıqlara başlayıb
Londonun "Çelsi" klubunun rəhbərliyi "Real Madrid"in ispaniyalı keçmiş futbolçusu və məşqçisi Xabi Alonso ilə görüşüb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki...