"Qarabağ" əsas mərhələdə "Kopenhagen"i də məğlub etdi
"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirib.
BAKU.WS-in məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv II turda Danimarkanın "Kopenhagen" klubunu qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0.
28-ci dəqiqədə Abdullah Zubir fərqlənib. 83-cü dəqiqədə Emmanuel Addai adını tabloya yazdırıb.
Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsinin I turunda Portuqaliyada "Benfika"ya qalib gəlib - 3:2. "Kopenhagen" isə evdə Almaniyanın "Bayer 04" klubu ilə heç-heçə edib - 2:2.
***22:30
Bakıda "Qarabağ" və Danimarkanın "Kopenhagen" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununda növbəti qol vurulub.
BAKU.WS-in məlumatına görə, Azərbaycan təmsilçisi hesab arasındakı fərqi artırıb - 2:0.
83-cü dəqiqədə Emmanuel Addai baxımlı qola imza atıb.
***21:54
Bakıda "Qarabağ" və Danimarkanın "Kopenhagen" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununda ikinci hissə başlayıb.
BAKU.WS-in məlumatına görə, Azərbaycan təmsilçisi hesabda öndədir - 1:0.
***21:39
Bakıda "Qarabağ" və Danimarkanın "Kopenhagen" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununda ilk hissə başa çatıb.
BAKU.WS-in məlumatına görə, Azərbaycan təmsilçisi fasiləyə öndə yollanıb - 1:0.
***21:15
Bakıda "Qarabağ" və Danimarkanın "Kopenhagen" komandaları arasında təşkil olunan UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununda ilk qol vurulub.
BAKU.WS-in məlumatına görə, Azərbaycan təmsilçisi hesabı açıb.
Matçın 28-ci dəqiqəsində Abdullah Zubir fərqlənib.
***20:45
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda "Qarabağ" və "Kopenhagen" komandaları arasında matç başlayıb.
BAKU.WS-in məlumatına görə, matç Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.
Qarşılaşmanı Niderlanddan olan FIFA referisi Serdar Gözübüyük idarə edir.
Oxşar xəbərlər
"Qarabağ"ın futbolçusu İspaniya klubuna keçdi
Qarabağ" akademiyasının futbolçusu Yavuz Quliyev karyerasını İspaniyada davam etdirəcək. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, "Qarabağ"ın U-16 komandasınd...