"Qarabağ" klubu azarkeşlərinə MÜRACİƏT ETDİ
Yeniliklərdən dərhal xəbərdar olun
"Qarabağ" futbol klubu İspaniyada keçiriləcək UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü tur oyunu ilə bağlı azarkeşlərinə müraciət edib.
BAKU.WS xəbər verir ki, "Atletik Bilbao" ilə səfər matçını izləmək üçün vauçer əldə etmiş azarkeşlər oktyabrın 22-də saat 15:30-dan 17:30-a qədər "Melia" otelinin arxa girişində biletlərini ala biləcəklər.
Qeyd olunur ki, vauçerlərin biletə dəyişdirilməsi zamanı şəxsiyyəti təsdiq edən sənədin təqdim olunması mütləqdir.
Azarkeşlərə müraciətdə həmçinin bildirilir ki, göstərilən vaxt çərçivəsində təyin edilmiş əraziyə yaxınlaşaraq vauçerlərini biletə dəyişsinlər.
Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.
Oxşar xəbərlər
Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatında növbəti matçını keçirib
Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında növbəti matçını keçirib. BAKU.WS report-a istinadən xəbər verir ki, Famil Xəlilovu...