"Qarabağ" "Keşlə" ilə heç-heçə etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Azərbaycan Premyer Liqasının II turunda daha bir oyun keçirilib.
BAKU.WS-in məlumatına görə, günün son matçında "Qarabağ" səfərdə "Keşlə"nin qonağı olub. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.
Bu nəticədən sonra xallarının sayını 4-ə çatdıran "Qarabağ" liderliyini qoruyub. Eyni xala malik "Keşlə" isə 2-ci pillədə qərarlaşıb.
Günün digər oyununda "Neftçi" öz meydanında "Sumqayıt"a 0:2 hesabı ilə uduzub.
Qeyd edək ki, tura sabah keçiriləcək "Səbail" - "Zirə" və sentyabrın 13-də baş tutacaq "Sabah" - "Qəbələ" qarşılaşmaları ilə yekun vurulacaq.
Oxşar xəbərlər
"Neftçi" "Sumqayıt"a məğlub oldu
Futbol üzrə Azərbaycan Premyer Liqasında II tura start verilib. BAKU.WS-in məlumatına görə, günün ilk matçında "Neftçi" "Sumqayıt"ı qəbul edib. "Bakcell Arena"d...