"Qarabağ"ın heyətində "Dinamo" ilə Bakıdakı görüşdə rotasiyalar gözlənilir
"Qarabağ"ın heyətində "Dinamo" ilə Bakıda baş tutacaq görüşdə rotasiyalar gözlənilir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Dinamo" (Kiyev, Ukrayna) ilə Bakıda keçiriləcək cavab matçından öncə mətbuat konfransında deyib.
"Heyətlə bağlı götür-qoy edəcəyik. Oyunçular arasında ən hazırlıqlı olanı Aleksey Kaşukdur. Sabah rotasiyalar edəcəyik. Çox düşünəcək halda deyilik. Əksinə, oyuna köklənməliyik. Matçın axarına uyğun dəyişikliklər edəcəyik".
Qeyd edək ki, "Qarabağ" - "Dinamo" matçı avqustun 13-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. Komandalar arasında Polşada baş tutan ilk görüşdə Ukrayna təmsilçisi 1:0 hesablı qələbə qazanıb.
Oxşar xəbərlər
Azərbaycanın boks millisi Avropa çempionatında daha bir medal qazanıb
Boks üzrə Azərbaycan millisi Monteneqronun Budva şəhərində keçirilən U-17 Avropa çempionatında daha bir medal qazanıb. Komandanın heyətində Səma Abbasova (66 kq...