"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi məlum oldu

17
iyl
2025
08:29
"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
BAKU.WS xəbər verir ki, bu, İrlandiya təmsilçisi "Şelburn"dur.
I təsnifat mərhələsi çərçivəsində doğma meydanda Şimali İrlandiyanın "Linfild" kollektivinə 1:0 hesabı ilə qalib gələn "Şelburn", səfərdə 1:1 hesablı heç-heçəyə razılaşaraq növbəti raundda Ağdam təmsilçisinə rəqib olub.
Qeyd edək ki, qitənin ən nüfuzlu klub turnirində II təsnifat mərhələsinin ilk görüşləri iyulun 22-23-də, cavab qarşılaşmaları 29-30-da baş tutacaq.
Oxşar xəbərlər
"Araz-Naxçıvan" Türkiyədəki sonuncu yoxlama matçında qələbə qazanıb
Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışını davam etdirən "Araz-Naxçıvan" sonuncu yoxlama matçında qələbə qazanıb. Komanda Türkiyə Superliqasının aparıc...