"Qarabağ" ilin sonuncu oyununda qələbə qazanıb
Yeniliklərdən dərhal xəbərdar olun
"Qarabağ" Misli Premyer Liqasında 2024-cü ilin sonuncu oyununda qələbə qazanıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv XVIII turda "Araz-Naxçıvan"la üz-üzə gəlib.
Ağdam təmsilçisi rəqibini 2:0 hesabı ilə üstələyib.
41-ci dəqiqədə Yassin Benzia hesabı açıb. 72-ci dəqiqədə Abdullah Zubir adını tabloya yazdırıb.
Birinci pillədə qərarlaşan "Qarabağ" xallarının sayını 47-yə çatdırıb. Naxçıvan klubu 39 xalla ikinci sıradadır.
Günün ilk görüşündə "Şamaxı" evdə "Sabah"ı məğlub edib - 3:1.
Qeyx edək ki, XVIII turun əvvəlki matçlarında "Zirə" səfərdə "Səbail"dən üstün olub - 1:0. "Turan Tovuz" - "Neftçi" oyununda qalib müəyyənləşməyib - 1:1. "Kəpəz" - "Sumqayıt" qarşılaşmasında isə qapılara qol vurulmayıb.
Oxşar xəbərlər
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
Oktyabrın 30-da Sumqayıt Olimpiya İdman Kompleksində U-20 gənclər arasında cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq. Bu barədə BAKU.WS-ə Azərbaycan Cü...