"Qarabağ" heyətini iki braziliyalı ilə gücləndirəcək
Yeniliklərdən dərhal xəbərdar olun
"Qarabağ" yay transfer pəncərəsində yarımmüdafiə xəttini gücləndirmək üçün indidən işlərə başlayıb.
BAKU.WS Apasport.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi Portuqaliyada çıxış edən 2 braziliyalı yarımmüdafiəçi ilə hazırda danışıqlar aparır.
Daha əvvəl Portuqaliyadan komandaya cəlb olunan futbolçuların performansından razı qalan "köhlən atlar" transfer xəttini dəyişmək istəmir.
Məlumata görə, əgər həmin futbolçularla razılıq əldə edilməsə, sonuncu variant kimi Patrik Andradenin müqavilə müddəti artırılacaq.
Kabo-verdeli oyunçunun özü də komandada qalmaq niyyətindədir.
Onun müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.
Oxşar xəbərlər
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
Oktyabrın 30-da Sumqayıt Olimpiya İdman Kompleksində U-20 gənclər arasında cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq. Bu barədə BAKU.WS-ə Azərbaycan Cü...