"Qarabağ" futbol akademiyasının sabiq koordinatoru klubun bazasını ziyarət edib
"Qarabağ" futbol akademiyasının sabiq koordinatoru Önder Karaveli klubun bazasını ziyarət edib.
Ağdam təmsilçisindən verilən məlumata görə, türkiyəli mütəxəssis komandanın baş direktoru Emrah Çelikellə görüşüb.
Qonağa "köhlən atlar"ın forması hədiyyə edilib.
Türkiyənin bir sıra klublarında, o cümlədən "Beşiktaş" və "Trabzonspor"da çalışmış mütəxəssis ürəyinin hər zaman "Qarabağ"la döyündüyünü deyib:
"Türkiyədə yaşasam da, özümü hər zaman "Qarabağ" ailəsinin bir parçası hiss etmişəm. Bu klubda, onun akademiyasında çalışmışam. "Qarabağ"da çox gözəl günlər keçirmişəm. O zamandan bu klub mənim üçün çox dəyərlidir. Türkiyədə yaşamağıma baxmayaraq, "Qarabağ"ı Azərbaycandakı komandam hesab edirəm. Yenidən burada olduğuma çox şadam".
O, klubun uğurlarına sevindiyini bildirib:
"Qarabağ"ın həm ölkədə, həm Avropada əldə etdiyi nailiyyətlər hamımızı çox qürurlandırır. Qurban Qurbanova böyük hörmətim var. Onunla burada da, Türkiyənin Antalya şəhərində də dəfələrlə görüşüb danışmışıq. "Qarabağ"ın gördüyü işlər çox qiymətlidir. Bu klubun idarəçiliyi, təşkilatçılığı örnək olunacaq səviyyədədir. Türkiyədə bir çox komanda avrokubokların qrup mərhələsinə düşməkdə çətinlik çəkirsə, "Qarabağ" hər il bu uğura imza atır. Ümid edirəm ki, qarşıdakı illərdə Azərbaycan futbolu da irəliləyişə nail olar. Öz akademiyası, təşkilatçılığı, idarəçiliyi, əsas komandası ilə nümunə sayılan "Qarabağ"in bunun lokomotivi olacağını düşünürəm".
Qeyd edək ki, Karaveli 2020-ci ilin yanvarından 2021-ci ilin yayına qədər "Qarabağ"da çalışıb.
Oxşar xəbərlər
Azərbaycan klubunun futbolçusu diskvalifikasiya olunub
"Göygöl"ün futbolçusu Elşən Mirzəyev cəzalandırılıb. BAKU.WS xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib. II Liqa təmsilçisinin futbolçusu...