"Qarabağ" darmadağınla yenidən liderliyə yüksəldi

Qarabağ darmadağınla yenidən liderliyə yüksəldi
İdman 186

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulub.

Turun son oyununda "Qarabağ" "Səbail"in qonağı olub. Masazırda "Bank Respublika Arena"dakı qarşılaşma Ağdam klubunun 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə bütün qollar ilk hissədə vurulub. Hesabı 28-ci dəqiqədə Abdullah Zubir açıb. 4 dəqiqə sonra Mahir Emreli qüvvətli zərbə ilə fərqi artırıb. 41-ci dəqiqədə Xayme Romero 3-cü topu meydan sahiblərinin qapısından keçirib. İlk yarının əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə isə Maksim Medvedev penaltini dəqiq yerinə yetirərək yekun hesabı müəyyənləşdirib.

Bu qələbədən sonra xallarını 54-ə çatdıran "Qarabağ" yenidən liderliyə yüksəlib. "Sabah" isə 25 xalla 5-ci pillədə qalıb.

Qeyd edək ki, günün ilk oyununda "Zirə" evdə "Qəbələ" ilə qolsuz heç-heçəyə razılaşıb. Ötən gün keçirilən matçlarda "Sumqayıt" səfərdə "Keşlə"ni 1:0, "Neftçi" isə "Səbail"i 4:0 hesabı ilə məğlub edib.

Oxşar xəbərlər

Son xəbərlər