"Qarabağ"da daha bir itki - "Tvente"yə qarşı oynamaya bilər
"Qarabağ"ın yarımmüdafiəçisi Pedro Bikalyo Konfrans Liqasının təsnifat mərhələsinin pley-offunda "Tvente"yə qarşı ilk oyununu buraxa bilər.
BAKU.WS Sportal.az-a istinadən xəbər verir ki, 25 yaşlı braziliyalı futbolçu Misli Premyer Liqasının birinci turunda "Şamaxı"ya 3:1 hesabı ilə qalib gəldikləri görüşdə zədələnib.
Onun sabahkı matçda meydana çıxmaq ehtimalının aşağı olduğu iddia edilir.
"Tvente" - "Qarabağ" matçı avqustun 20-də Ensxededəki "De Qrols Veste" stadionunda keçiriləcək və oyuna Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.
Əlavə edək ki, Elvin Cəfərquliyevin "Tvente"yə qarşı oynamayacağı dəqiqdir.
Oxşar xəbərlər
İngiltərəli futbolçu Kortis Con "Liverpul"dan "İnter"ə keçir
İngiltərənin "Liverpul" klubunun futbolçusu Kortis Con İtaliya təmsilçisi "İnter"ə keçir. BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə insayder Fabritsi...