AFFA FIFA ilə bağlı islahat çağırışını dəstəkləməyən yeganə assosiasiya olub
AFFA FIFA-nın rəhbərliyində islahatların aparılması ilə bağlı UEFA və Avropanın digər milli assosiasiyalarının mövqeyini dəstəkləməyib.
BAKU.WS xəbər verir ki, bu barədə UEFA-nın yaydığı açıqlamada bildirilib.
Qeyd olunub ki, UEFA-ya üzv 55 milli assosiasiya FIFA-nın idarəetmə sistemində islahatların aparılması ilə bağlı ümumi mövqeyə gəlib. AFFA isə bu təşəbbüsü dəstəkləməyən yeganə assosiasiya olub.
Milli assosiasiyalar FIFA-nın hazırkı rəhbərliyinə etimadlarını itirdiklərini bildiriblər. UEFA hesab edir ki, institusional dəyişikliklərlə yanaşı, FIFA-ya yeni rəhbərliyin gəlməsi də zəruridir.
Hazırda FIFA-ya Canni İnfantino rəhbərlik edir. O, 2016-cı ildə FIFA prezidenti seçilib, daha sonra isə iki dəfə rəqibsiz şəkildə yenidən prezident olub. FIFA prezidentinin növbəti seçkisinin 2027-ci ilin martında Mərakeşdə keçirilməsi planlaşdırılır. İnfantino seçkidə iştirak etmək niyyətində olduğunu açıqlayıb.
Qeyd edək ki, UEFA ilə FIFA arasında münasibətlər İnfantinonun irəli sürdüyü və futbolun əsas turnirlərinin kommersiya hüquqlarının özəl investorlara verilməsini nəzərdə tutan "FIFA Forward Enterprise" layihəsindən sonra daha da gərginləşib. İnfantino daha sonra layihədən imtina etsə də, UEFA FIFA rəhbərliyinə olan etimadın bərpa olunmadığını açıqlayıb.
Oxşar xəbərlər
III Beynəlxalq Xankəndi Ultramarafonunda ilk mərhələnin mükafatçıları müəyyənləşib
III Beynəlxalq Xankəndi Ultramarafonunda ilk mərhələnin qalibi bəlli olub. Bu barədə BAKU.WS-ə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib. Birinci...