Hidayət Heydərov: "Doğma Vətəndə uduzmaq ağırdır"
Doğma Vətəndə uduzmaq ağırdır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan cüdoçusu Hidayət Heydərov özü bildirib.
Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatında məğlub olması ilə bağlı fikirlərini bölüşüb:
"Doğma Vətəndə uduzmaq ağırdır. Sizin qarşınızda uduzmaq isə daha ağır. Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi. Sonsuz təşəkkürlər".
Xatırladaq ki, 73 kq çəki dərəcəsində çıxış edən olimpiya çempionu 1/8 finalda italiyalı Covanni Espozitoya cərimə xalları hesabına uduzub.
Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıb.
Oxşar xəbərlər
Dünya çempionatı: Zelim Tçkayev yarımfinala vəsiqə qazanıb
Azərbaycan cüdoçusu Zelim Tçkayev Bakıda keçirilən dünya çempionatında növbəti qələbəsini qazanıb. BAKU.WS report-a istinadən xəbər verir ki, 81 kq çəki dərəcəs...